Macarıstan Qran Prisində xal qazana bilməyən Williams komandasının pilotları rəqiblərin fərqi azaltmasına şərait yaradıblar. Komanda indi Zandfortda geri dönüş hədəfləyir.
Aleks Albon: “Yay fasiləsindən sonra dincəlmiş və döyüşə hazır şəkildə geri qayıdırıq. Qarşıda ardıcıl iki Qran Pri var və birincisi Zandfortda keçiriləcək. Bu, maraqlı trasdır və burada əvvəllər uğur qazandığımızı xatırlayıram. Mövsümün sonu asan olmayacaq, amma hər fürsəti maksimum dəyərləndirməyə çalışacağıq, o cümlədən bu həftəsonunu”.
Karlos Sayns: “Yay fasiləsindən sonra yarışlara qayıtdığım üçün çox şadam. Zandfort maraqlı trasdır. Axıcı quruluşu və profilli döngələri ilə seçilir.
İstirahətdən sonra ikiqat enerji ilə işə qayıtmağa hazıram. Məqsədim həftəsonlarını maksimum uğurla keçirmək, maşından ən yaxşısını almaq və komandaya Mühəndislər Kubokunda beşinci yeri qorumaqda kömək etməkdir! Vamos!”
Şərh əlavə et