Haas komandası yay fasiləsindən sonra başlayacaq Niderland Qran Prisinə hazırlaşır. Esteban Okon Zandfortda dörd dəfə çıxış edib və iki dəfə xal qazanıb. Oliver Berman isə bu trasda yalnız aşağı seriyalarda yarışıb və ilk dəfə burada Formula 1 bolidinin sükanı arxasına keçəcək.
Komanda rəhbəri Ayo Komatsu: “İkihəftəlik fasilədən sonra trasa qayıtmağa hazırıq, xüsusən də Zandforta, çünki burada unikal atmosfer və hədsiz dərəcədə ehtiraslı azarkeşlər var. Fasilədən əvvəl bəzən gözlədiyimiz nəticələri ala bilmirdik, amma indi komanda yaxşı dincəlib və güc toplayıb. İndi əsas məqsəd ritmi dərhal tutmaq və hər fürsətdən maksimum yararlanmaqdır, çünki rəqabət indiyədək olduğundan da sərtdir”.
Haas komandasının rəhbəri Ayo Komatsu: “Uzun yay fasiləsindən sonra yenidən trasda olacağım üçün çox şadam. Mövsümün ikinci yarısına motivasiyalı və əzmkar şəkildə başlayıram. Zandfort qısa, amma çoxsaylı çətin döngələri və profilli hissələri ilə olduqca mürəkkəb trasdır. Mən VF-25-in bu trasdakı potensialını sınamağı səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, bolid balanslı olacaq və biz xal uğrunda mübarizə aparacağıq”.
Esteban Okon: “İstirahət etmək və dostlarla, ailə ilə vaxt keçirmək çox yaxşı oldu. Bu fasilə mövsümün gərgin ikinci yarısına hazırlaşmaq üçün vacib idi. İndi isə yarışlara qayıtmaq vaxtıdır! Zandfortda əla ab-hava hökm sürür, Niderland gözəl ölkədir və bu qədər ehtiraslı azarkeşlərin qarşısında yarışmaq həmişə xüsusi olur. Burada ötmə imkanları məhduddur, ona görə də sıralanma turunu maksimum dərəcədə ideal keçirmək vacibdir. İlk yarıda sabitlik çatışmırdı, indi isə boliddən maksimum almaq və güclü nəticə göstərmək üçün çox çalışacağıq. Yenidən sükan arxasına keçməyi səbirsizliklə gözləyirəm!”
Şərh əlavə et