Xəbəri Kokpitdə Oxuyun!

Sauber seriyasını yaxşılaşdırmaq istəyir

Sauber komandası son 6 yarışdan xalla ayrılaraq, çempionatdakı vəziyyətini düzəldib. İndi isə hədəf bu seriyanı uzatmaqdır.

Sauber komandası ardıcıl altı yarışda xal qazanaraq, mövsümün ikinci hissəsinə ümidlə başlayır. Komanda rəhbərliyi və sürücülər Zandfort mərhələsində seriyanı uzatmağı hədəfləyirlər.

Komanda rəhbəri Conatan Vitli: “Yay fasiləsi bizə dincəlmək imkanı verdi. İndi yeni enerji ilə qayıdırıq və başladığımız yerdən davam etməyə hazırıq. Zandfortun unikal konfiqurasiyası və dəyişkən hava sürprizlər yarada bilər, buna görə hər şeyə hazır olmalıyıq. C45-in təkmilləşdirilməsi və trasdakı işin optimallaşdırılması ikinci yarıda xallar uğrunda mübarizədə şanslarımızı artırır. Məqsədimiz potensialımızı maksimum dərəcədə reallaşdırmaqdır”.

Niko Hülkenberq: “Fasilədə enerji topladım, ailəm və dostlarımla vaxt keçirdim və indi mübarizəyə hazıram. Kartinq dövründən Niderland yarışları ilə bağlı xoş xatirələrim var. Zandfort bu ilin təqvimində mənim doğma şəhərimə ən yaxın trasdır, buna görə də bu yarış mənim üçün xüsusi əhəmiyyət daşıyır. Çətin döngələri və hündürlük fərqləri ilə maraqlı trasdır. Mövsümün ikinci hissəsində uğurlarımızı artırmaq istəyirəm.”

Qabriel Bortoleto: “Fasilə mənə yaxşı təsir etdi. Braziliyada ailəmlə vaxt keçirdim. İndi isə debüt mövsümümün son mərhələsinə başlamağı səbirsizliklə gözləyirəm. Hər sessiyada öyrənməyə və inkişaf etməyə davam etmək, komandaya yüksək nəticələr uğrunda mübarizədə kömək etmək istəyirəm. Zandfortda son dəfə regional Formula yarışlarında çıxış etmişdim və tras mənə çox xoş gəlmişdi. İndi uğurlu seriyamızı davam etdirmək istəyirik”.

Rauf Hacıyev

Şərh əlavə et