Xəbəri Kokpitdə Oxuyun!

Niderlandda biletlər satılmır

Növbəti həftəsonu Zandfort avtodromu Niderland Qran Prisinə ev sahibliyi edəcək. Bu, trasın Formula 1-dəki sondan ikinci yarışı olacaq. Lakin yerli mətbuat yazır ki, bu il biletlərə maraq əvvəlki illərə nisbətən daha zəifdir və anşlaq gözlənilmir.

Bunun əsas səbəbi bilet qiymətlərinin yüksək olması və azarkeşlərin Maks Ferstappenin qələbəsinə bağlılığıdır. Yerli qəhrəman yarışda üstün olmayanda, bir çox azarkeş bahalı bilet almaqdan imtina edir. Halbuki Formula 1-in 2021-ci ildə Zandforta qayıdışı möhtəşəm festival atmosferi ilə yadda qalmışdı. Yarışlarla yanaşı, DJ-lər, musiqiçilər və müxtəlif əyləncələr də təşkil edilirdi.

Amma 2025-ci ildə statistika aşağı düşüb. İlk üç mövsümdə həftəsonu ərzində trası 300 mindən çox tamaşaçı ziyarət edirdisə, ötən il bu rəqəm 275 min olub. İndi isə biletləri hətta bazar günü üçün də sərbəst almaq mümkündür. Avtodrom nümayəndəsi ANP-yə açıqlamasında deyib: “İlk illərdə biletlər daha tez satılırdı. İndi satışlara daha fəal yanaşmalıyıq. Amma 2026-cı ildə tribunaların tam dolacağına əminik”.

Rauf Hacıyev

Şərh əlavə et