Xəbəri Kokpitdə Oxuyun!

Yağışlı Zandfort bizi gözləyir

Niderlandın şimalına payız gəlib. Proqnozlar Zandfortdakı yarış həftəsonu üçün tutqun və yağışlı hava vəd edir.

Cümə günü hava buludlu olacaq, yağış gözlənilir. Temperatur təxminən 20°С olacaq, güclü cənub-qərb küləyi əsəcək. Şənbə günü külək daha da güclənəcək, gündüz yağışlar, göy gurultulu leysanlar olacaq, temperatur 19°С-ni keçməyəcək.

Yarışın baş tutacağı bazar günü isə hava 18°С-ə qədər soyuyacaq və gün ərzində yağıntı ehtimalı 60% təşkil edəcək.

Xatırladaq ki, ötən il birinci və üçüncü məşqlər qismən quruyan trasda keçmişdi, digər sessiyalarda isə hava quru olmuşdu.

Elçin Zodorov

Şərh əlavə et