Komandalar yay fasiləsində nə edirlər?

Komandalar yay fasiləsində nə edirlər?
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Budapeştə keçirilən Macarıstan Qran Prisindən sonra Formula 1 yay fasiləsinə çıxıb. Bu müddətdə bütün komandalar iki həftəlik məcburi fasiləyə riayət edərək, bazalarını bağlamalı və maşınlar üzərində bütün işləri dayandırmalıdırlar.

Aston Martin-in keçmiş baş strateqi Berni Kollinz Sky Sports-un podkastında yay fasiləsində nələrin baş verdiyini izah edib. Onun sözlərinə görə, fasilə rəsmi olaraq Macarıstan QP-dən dərhal sonra başlamır – növbəti həftə komandalar hələ də işləyirlər. Bu müddətdə bəzi əməkdaşlar məzuniyyət götürsə də, çoxu bazada işini davam etdirir, hətta bəzi komandalar Budapeştdə təkər testləri keçirir.

İki həftəlik əsas fasilə dövründə isə FIA qaydalarına əsasən bütün texniki işlər – mövcud maşın, aerodinamik boru, CFD, simulyator, istehsal və yığım işləri – tamamilə qadağandır. Bu qayda Formula 1-lə əlaqəli hər hansı digər layihələrə də şamil olunur. FIA komandaları izləyir və hətta mail yazışmaları, noutbuk istifadəsi kimi detalları yoxlaya bilir.

Bununla belə, bəzi fəaliyyətlərə icazə verilir. Məsələn, avadanlıqların texniki baxışı, aerodinamik borunun təmiri və ya IT sistemlərinin yenilənməsi. Adətən yay fasiləsində böyük proqram təminatı yeniləmələri həyata keçirilir.

Berni bildirib ki, bu dövr işçilərə tam istirahət imkanı yaradır – iki həftə ərzində demək olar ki, heç kim işlə məşğul olmur və geri qayıdanda yüzlərlə məktubla qarşılaşmırlar.

Fasilə adətən Zandfort Qran Prisindən bir həftə əvvəl, yəni bazar ertəsi günü başa çatır. Lakin boks avadanlıqlarını və motorhomları hazırlayan heyət bazaya şənbə və ya bazar günü qayıdır, bununla da yay fasiləsi bitmiş olur.

Bunları da oxuyun

Şərh əlavə et