Pirelli təkərlərinin testləri başa çatıb

Pirelli təkərlərinin testləri başa çatıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Macarıstanda 2026-cı il mövsümünə hazırlıq məqsədilə Pirelli-nin keçirdiyi ikigünlük testlər başa çatıb. Testlərdə italiyalı təkər istehsalçısı növbəti mövsüm üçün nəzərdə tutulmuş prototipləri qiymətləndirib.

Çərşənbə günü Hunqarorinqdə trasda iki komanda – Ferrari və Alpine – yer alıb. Səhər saatlarında Şarl Lekler və Franko Kolapinto qısa yürüş seriyalarında C3, C4 və C5 tərkiblərini sınayıblar. Nahardan sonra isə proqram üzrə yarış tempində testlər keçirilib və bu mərhələdə daha sərt C2 tərkibi qiymətləndirilib.

Şarl Lekler 144 dövrə vurub və onun ən yaxşı nəticəsi 1:19.407 olub. Franko Kolapinto isə qəza etməzdən əvvəl 25 dövrə vurub, Alpine pilotunun ən sürətli dövrəsi 1:20.270 olub.

Pirelli-nin yarış bölməsinin rəhbəri Mario İzola testləri belə dəyərləndirib: “Bu iki gün ərzində çox məhsuldar iş apardıq və növbəti mövsüm üçün tərkiblərin hazırlanmasında irəliləyiş əldə etdik.

Hunqarorinq mürəkkəb trasdır – burada çoxsaylı yavaş döngələr var və bu, qısa dövrələrdə belə təkərlərə böyük enerji yüklənməsi olur. Bu amillər test prosesini çətinləşdirib, xüsusən də 2026-cı ildə əsas rol oynayacaq tərkiblər üçün… Gələn mövsümdə də tələr tərkibləri C1-dən C6-ya qədər olacaq.

Franko Kolapintonun qəzasına görə bir qədər vaxt itirməyimzə baxmayaraq, topladığımız məlumatlar çox faydalıdır. Qəza təkərlərlə əlaqəli olmayıb.

Təkərlərin quruluşuna gəlincə, 1 sentyabr tarixinədək homologasiya üçün son qərarları yoxlamışıq.

İndi bizi Montsa, Mucello və Meksikada daha üç test sessiyası gözləyir. 15 dekabr tarixində homologasiya ediləcək tərkiblərin yekun hazırlıqları həmin testlərdə tamamlanacaq”.

Bunları da oxuyun

Şərh əlavə et