Kolapinto sükan arxasına qayıdıb

Kolapinto sükan arxasına qayıdıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Çərşənbə günü səhər saatlarında Franko Kolapinto 2026-cı il mövsümü üçün nəzərdə tutulmuş Pirelli təkərlərinin prototiplərinin testləri zamanı qəza törədib. Güclü zərbə nəticəsində bolid Hunqarorinqdəki qoruyucu bariyerə çırpılıb və ehtiyat tədbiri olaraq Kolapinto trasın tibbi mərkəzinə aparılıb.

Alpine komandasının pilotu həkim müayinəsindən keçib və qısa müddətdə buraxılıb. Günorta saatlarında Franko yenidən sükan arxasına qayıdıb, lakin bu dəfə Pirelli testlərinin deyil, TPC proqramı çərçivəsində (Testing of a Previous Car – əvvəlki illərə aid bolidin testləri) 2023-cü il bolidi A523  ilə trasa çıxıb.

Günün ilk yarısında Pyer Qasli də TPC proqramı çərçivəsində A523-i sürüb.

Plana əsasən günorta saatlarında Qaslinin Pirelli testlərinə qoşulması nəzərdə tutulmuşdu. Lakin Pirelli testləri üçün xüsusi hazırlanmış bolidin qəza zamanı aldığı zədələr səbəbilə fransız pilotun sükan arxasına keçə bilməsi sual altında qalıb.

Bunları da oxuyun

Şərh əlavə et