Testlərin ilk gününü Aron zirvədə bağlayıb

Testlərin ilk gününü Aron zirvədə bağlayıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Macarıstanın Hunqarorinq trasında Pirelli-nin test sessiyasının ilk günü yekunlaşıb. Sessiyada 2026-cı il mövsümü üçün nəzərdə tutulan təkərlər sınaqdan keçirilib. Dünən keçirilən testlərdə üç komanda – McLaren, Racing Bulls və Alpine - iştirak edib, hər biri xüsusi olaraq uyğunlaşdırılmış bolidlərlə çıxış ediblər.

Kokpit.az bildirir ki, McLaren və Alpine testlərdə 2023-cü il, Racing Bulls isə 2024-cü il bolidlərindən istifadə edib. Komandalara Pirelli tərəfindən test edilən təkərlərin quruluşu və tərkibi barədə heç bir məlumat verilməyib. Sürücülər üzərində yalnız rəqəmlə işarələnmiş, markasız təkərlərlə işləyiblər. Testlərin ümumi nəticələri isə daha sonra bütün komandalarla paylaşılacaq.

Günün ən yaxşı nəticəsini Alpine komandasının sürücüsü Pauk Aron göstərib. O, 159 dövrə vuraraq 1:18.789 zaman nəticəsi əldə edib. İkinci nəticə Lando Norrisə məxsus olub. Britaniyalı sürücü 144 dövrə vuraraq, 1:19.272 zaman nəticəsi göstərib. Üçüncü nəticəni isə Liam Louson qeydə alıb – 143 dövrədə 1:19.510.

Testlər bu gün davam edəcək. Alpine bolidinin sükanı arxasında Franko Kolapinto və Pyer Qasli, Ferrari-də isə Şarl Lekler yer alacaq.

Bunları da oxuyun

Şərh əlavə et