Yarışın stüardları Karlos Saynsla toqquşmaya görə Alpine komandasının pilotu Qasliyə 10 saniyəlik zaman cəzası və 2 cəza balı veriblər. Bu, Pyerin son 12 ayda aldığı ilk cəza xallarıdır. Cəza səbəbindən o, 19-cu yerə qədər geriləyib.
Ferrari komandasının pilotu Şarl Lekler isə Corc Rasselin hücumlarına qarşı müdafiə zamanı əyləcləmə nöqtəsində trayektoriya dəyişdirdiyinə görə 5 saniyəlik vaxt cəzası və 1 cərimə balı alıb. Bu, onun da son 12 ayda aldığı cəza balı olub. Lakin bu cəza Şarlın protokoldakı mövqeyinə təsir etməyib.
Şərh əlavə et