Ş.Lekler: Problem başqa imiş

Ş.Lekler: Problem başqa imiş
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Şarl Lekler Macarıstan Qran Prisində poul mövqeyindən start alaraq qələbə uğrunda mübarizə aparırdı. Lakin o, yarışın ikinci hissəsində tempini itirib və gərgin mübarizədə Corc Rasselə belə uduzaraq, podiumdan kənarda qalıb.

Kokpit.az bildirir ki, monakolu sürücü yarış zamanı komandaya qarşı radio ilə kəskin tənqidlər səsləndirib, lakin sonradan məlum olub ki, sürət itkisinə şassi ilə bağlı problem səbəb olub. Finişdən sonra monakolu pilot vəziyyəti daha soyuqqanlı dəyərləndirib.

Şarl Lekler: “Yəqin ki, nəticə çıxarmaqda tələsdim. Finişdən sonra kokpitdən düşən kimi maşında nəyin baş verdiyini mənə daha ətraflı izah etdilər. Mən tamam başqa bir problemi düşünürdüm – əvvəlcədən danışdığımız məsələlərdən birini. Amma təəssüf ki, problem şassidə imiş. Bu məsələyə tam aydınlıq gətirəcəyik ki, bir daha belə hal yaşanmasın.

Əlbəttə, bu, vəziyyəti daha yaxşı etmir. Çünki sən qələbə uğrunda mübarizə aparırsan, amma sonra belə problemlər ortaya çıxır… Hər şeyi diqqətlə yoxlamalıyıq. Maşın idarəolunmaz vəziyyətə düşmüşdü.

Bu, bəzən üzə çıxan hallar sırasındadır və biz onun üzərində işləyəcəyik. Düşünmürəm ki, bu problem gələcəkdə təkrarlansın.

Problem təxminən 40-cı dövrədə baş verdi və getdikcə daha da pisləşdi. Çox məyusedicidir – əvvəlcə hər şey nəzarət altında idi, tempimiz qələbə üçün yetərli görünürdü. Amma nəticədə heç podiumda da yoxam”.

Bunları da oxuyun

Şərh əlavə et