Kokpit.az xatırladır ki, britaniyalı sürücü Macarıstan yarışında üçüncü yeri tutaraq, Mercedes-ə mövsümün çətin anlarında vacib podium qazandırıb. Şarl Leklerlə gərgin mübarizə nəticəsində rəqibinin cərimə alması da Rassellin xeyrinə işləyib:
Corc Rassell: “Bugünkü yarışdan çox razıyam. Sıralanma turunun nəticələri bir qədər gözlənilməz oldu, ümumiyyətlə həftəsonu hamı üçün sürprizlərlə dolu idi. Yenidən podiuma qayıtdığım üçün çox xoşbəxtəm.
Şarla mübarizədə riskli anlar oldu. Sən döngəyə girəndə, əgər qabaqdakı sürücü əyləcləmə zamanı trayektoriyanı dəyişirsə, manevr üçün yer demək olar ki, qalmır. İkinci cəhdimizdə maşınlarımız toxundu kimi gəldi. Onu keçə bildiyimə görə şadam.
Yay fasiləsindən öncə belə bir nəticə çox önəmlidir. Əvvəlki yarışlarla müqayisədə bu, açıq-aşkar daha yaxşı nəticədir”.
Şərh əlavə et