Kokpit.az xatırladır ki, britaniyalı sürücü Hunqarorinqdəki sıralanma turunda üçüncü yeri tutub.
Lando Norris: “Formamızı nəzərə alsaq, üçüncü yer bir qədər məyusedici oldu. Amma Şarl son cəhdində əla iş gördü. Görünür, bir az daha risk etdi və bunun bəhrəsini gördü. Külək kəskin şəkildə dəyişdi və bu da bizə mənfi yöndə təsir etdi.
Amma mən şikayət etmirəm. Hər ikimiz sıralanmanın sonunda bir neçə əla dövrə vurduq, sadəcə sürət çatmadı. Əgər Şarl işini daha yaxşı yerinə yetiribsə, buna nə deyə bilərik?
Bura uzun dövrəli və çoxsaylı döngələri olan trasdır. Sıralanmanın ikinci sessiyasında göstərdik ki, nə qədər sürətli ola bilərik, amma külək dəyişən kimi üstünlüyümüz itdi və son sektor daha da çətinləşdi.
Sabah üçün məqsədim? Geridönüş etmək, qələbə qazanmaq və çoxlu xal toplamaq istəyirəm. Qarşıda maraqlı bir yarış var. Bizim Şarldan daha sürətli olacağımıza inanıram, buna görə startı səbirsizliklə gözləyirəm”.
Şərh əlavə et