Kokpit.az xatırladır ki, Macarıstan Qran Prisinin sıralanma turunda ən sürətli dövrəni vurub və Ferrari komandasına bu mövsümdə ilk, 2017-ci ildən bəri isə Hungarorinqdə ilk poulu qazandırıb. Bu nəticə monakolu pilot üçün də, rəqibləri üçün də tam gözlənilməz olub.
Şarl Lekler: “Bu gün Formula 1-dən heç nə başa düşmürəm. Düzünü desəm, bütün sıralanma turu inanılmaz dərəcədə çətin keçdi. Və mən ‘inanılmaz dərəcədə’ deyəndə, şişirtmirəm. İlk olaraq ikinci sessiyaua keçməkdə çətinlik çəkdin, ardınca isə son sessiyaya çıxmaq da asan olmadı.
Final sessiyasında trasdakı şərait dəyişdi. Hər şey daha da çətinləşdi və mən başa düşdüm ki, ilk üçlükdə yer almaq üçün yaxşı dövrə vurmalıyam. Nəticədə isə poul qazandım. Bu, tamamilə gözlənilməz oldu.
Mən trasla ilişmənin dəyişdiyini hiss etdim. Maşınım aşağı asfaltsyatma qüvvəsi ilə sazlanmışdı və ikinci sessiyada yağış damcıları başlayanda sadəcə ümid etdim ki, dayanacaq. Amma yağış səngimədi və şərait daha da pisləşdi. Buna baxmayaraq, poulu qazana bildim.
Doğrusu, söz tapa bilmirəm. Bu, yəqin ki, karyeramın ən yaxşı pouludur. Amma tam əminliklə deyə bilərəm ki, ən gözlənilməzi də məhz budur.
Start və ilk döngə yarışın açarı olacaq. Nə baş verəcəyini bilmirəm, amma bir şeyi dəqiq deyə bilirəm – birinci yeri qorumaq üçün əlimdən gələni edəcəyəm. Əgər buna nail ola bilsəm, yarış mənim üçün xeyli asanlaşacaq”.
Şərh əlavə et