Xəbəri Kokpitdə Oxuyun!

Hunqarorinqdə də yağış var

Macarıstan Qran-Prisi üçün proqnozlar yarış həftəsonu günlərində isti hava, yarış günündə isə yağıntı vəd edir.

Kokpit.az xəbər verir ki, cümə və şənbə günləri havanın dəyişkən buludlu və yağıntısız keçəcəyi, temperaturun isə 29 dərəcəyə qədər yüksələcəyi gözlənilir. Bazar günü hava 23 dərəcəyə qədər soyuyacaq, günün birinci yarısında leysan yağış yağma ehtimalı mövcuddur.

Xatırladaq ki, keçən il buradakı bütün sessiyalar quru havada baş tutmuşdu.

Elçin Zodorov

Şərh əlavə et