S.Berra: Yeyilmə azdır

S.Berra: Yeyilmə azdır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Pirelli-nin baş mühəndisi Simone Berra cümə günü baş tutan sərbəst yürüşlərin ardından təkərlərin performansı ilə bağlı ilkin təəssüratlarını bölüşüb. O, standart formatda keçirilən həftəsonlarının komandalara və təkər istehsalçılarına dəyərləndirmələr üçün geniş imkan yaratdığını bildirib.

Kokpit.az xatırladır ki, Pirelli Hunqarorinqə C3, C4 və C5 tərkiblərini gətirib.

Simone Berra: “Yarış həftəsonu adi formatda keçəndə, təkərlərin davranışı ilə bağlı məlumat toplamaq üçün daha çox imkanımız olur. Bu, xüsusilə istilik səbəbilə təkərlərin tez yeyildiyi traslarda önəmlidir.

Cümə günü keçirilən sessiyalarda temperatur mühüm faktor olub – ötən ilin cümə gününə nisbətən bu dəfə temperatur birinci sessiyada təxminən 15 dərəcə, ikinci sessiyada isə 10 dərəcə aşağı idi. Temperaturun aşağı olması trası daha sürətli edir və bu da keçən illə müqayisədə dövrəvi nəticələrin yaxşılaşmasında özünü göstərir. Birinci sessiyada nəticələr 2.7 saniyə, ikinci sessiyada isə 2.1 saniyə yaxşılaşıb. Əlbəttə, komandaların maşınların effektivliyini artırmaq sahəsindəki irəliləyişi də bu fərqdə rol oynayıb.

Cümə günü dənlənmə müşahidə olunmayıb, istilik səbəbilə yaranan deqradasiya isə gözlənilən səviyyədə olub. Hər üç təkər tərkibi yarış tempində istifadə olunub və nəticələr göstərir ki, hətta Soft tərkibi də böyük məsafə qət edə bilir.

Cümə günü gördüklərimizə əsasən deyə bilərik ki, Medium və Hard tərkiblərinin istifadə olunduğu iki pit-stoplu strategiya yarış üçün ən optimal variant olacaq. Hər iki tərkib performans baxımından bir-birinə yaxındır və bu, yarışda mühüm rol oynayacaq”.

Bunları da oxuyun

Şərh əlavə et