Kokpit.az xatırladır ki, cümə sərbəst yürüşlərini Karlos Sayns 16-cı, Aleks Elbon isə 18-ci yerdə bitirib.
Karlos Sayns: “Cümə günü müəyyən problemlər yaşandı və istədiyimiz sürəti əldə edə bilmədik. Onsuz da bu trasın bizim üçün çətin olacağını bilirdik və bütün gün ərzində sazlanmalarla temp qazanmağa çalışdıq.
Bu təcrübədən yararlanıb bəzi düzəlişlər edəcəyik və sabah sıralanma turunun son sessiyasına çıxmağa çalışacağıq”.
Aleks Elbon: “Cümə günü normal keçdi. Birinci sessiyada yaxşı tempimiz var idi. Adətən bizə uyğun olmayan bu trasda ilk beşliyə yaxın olduq. Bu həftəsonu sazlanmalarda bəzi dəyişikliklər etmişik və onların faydalı olduğunu düşünürük.
Bəlkə də ikinci sessiyada yanlış istiqamətə getdik. Bunu təhlil etməliyik. Onsuz da bilirdik ki, Hungaroring bizim üçün asan olmayacaq, amma bu, sazlanmalar üzərində işləməyə imkan verir və indi bir neçə yaxşı ideyamız var”.
Şərh əlavə et