Mercedes komandası Macarıstan Qran Prisinə əvvəlki spesifikasiyalı arxa asılqan sistemi gətirib. Məqsəd bolidin davranışında sabitliyi artırmaq və performansı yaxşılaşdırmaq idi. Cümə günü baş tutan sərbəst yürüşlərdən sonra həm Corc Rassell, həm də Kimi Antonelli bu dəyişikliklərin düzgün istiqamətdə atılmış addım olduğunu bildiriblər.
Corc Rassell günü 7-ci yerdə bitirib: “Qəribə gündür. McLaren pilotlarının sürətli olacağını gözləyirdik, amma dövrəvi zamanlar yenə də sürpriz oldu. Belə görünür ki, Aston Martin vahid dövrədə yaxşı temp nümayiş etdirib, bəzi digər komandalar isə yarış tempində rəqabətədavamlı görünürlər.
Biz isə hər zaman öz işimizə fokuslanırıq. Komanda bolidin idarəolunmasını sabitləşdirmək üçün əvvəlki spesifikasiyalı arxa asılqanı gətirib. Bu dəyişiklikdən böyük fərq gözləmirdik, amma maşının idarəetməsi doğrudan da daha yaxşı olub və bu, mənə inam verib.
Ümumilikdə, müsbət keçən cümə oldu. Həftəsonunun qalan hissəsində də işləməyə davam edəcəyik, çün bazar günü yaxşı nəticə ilə istəyirik”.
Kimi Antonelli isə 10-cu olub: “Cümə günü sərbəst yürüşlərindən ümumilikdə razı qaldım. Əvvəlki yarışlarla müqayisədə boliddə daha çox inam hiss etdim və daha yüksək sürət əldə edə bildim. Hələ də liderlərlə müqayisədə tempimiz çatışmır, amma indi inkişaf üçün yaxşı baza olduğunu düşünürəm.
Boş yanacaq çəni ilə sürətli dövrə zamanı trafik məni ləngitdi. Buna görə də protokolda daha yuxarıda ola bilərdim. Yarış tempimiz rəqabətədavamlı görünür və bu da həftəsonu üçün yaxşı əlamətdir.
Buna baxmayaraq, cümə gününün nəticələri hələ heç nə demək deyil. Bu trasda start mövqesi çox önəmlidir, buna görə bugünkü sıralanma turunda ciddi işləməliyik. Rəqabət çox sıxdır və biz bazar günü xal qazanmaq üçün özümüzə maksimum fürsət yaratmalıyıq. Məqsədimiz budur.
Bu axşam daha da çox inkişaf üçün işləməyə davam edəcəyik.”
Şərh əlavə et