İspaniyalı sürücü Belçika Qran Prisində aldığı yüngül bel əzələsi zədəsini bərpa etdiyi üçün, Felipe Druqoviç Macarıstan Qran Prisinin ilk sərbəst yürüşlərində gözlənilmədən sükan arxasına keçib. Aston Martin komandası Alonso üçün oturacağı yenidən tənzimləyib və ispaniyalı pilot artıq ikinci sessiyada bolidə qayıdıb.
İkiqat Dünya Çempionu ikinci sərbəst yürüşlərdə sükan arxasına keçib və günü beşinci yerdə bitirib.
Fernando Alonso: “Bel əzələlərimdə yüngül zədə var, amma vəziyyət nəzarət altındadır. Komanda bir neçə həll yolu tapıb və bunun sayəsində ikinci sessiyada ağrı hiss etmədim. Bu, müsbət haldır.
İlk sessiyanı buraxmışdım, amma ikinci sessiyada bolidin idarəolunması yaxşı idi. Hələlik balans ideal deyil, lakin bu axşam bunun üzərində işləyəcəyik. Topladığımız məlumatları təhlil edəcəyik və sabah nələr edə biləcəyimizə baxacağıq”.
Ləns Stroll isə günü dördüncü yerdə bitirib: “Macarıstana qayıtmaqdan məmnunam. Bu trasda yarışmağı həmişə sevirəm. Bu gün dövrə zamanlarımız ümidverici göründü, bolidin idarəolunması yaxşı idi. Hər iki sessiyada balansdan razı qaldım.
Yarış həftəsonuna yaxşı start verdik, amma cümə nəticələrinə əsasən rəqiblərə nisbətdə mövqeyimizi müəyyən etmək həmişə çətindir”.
Felipe Druqoviç isə birindi sessiyada sükan arxasına keçib və 16-cı yeri tutub: “AMR25-ə qayıtmaq əla hiss idi. Bolidin idarəolunması yaxşı idi və özümü komfortlu hiss edirdim. Fernando Alonsonu birinci sessiyada əvəzləyəcəyimi səhər öyrəndim.
Hazırlanmağa vaxtım olmadı, amma trasa aid bir neçə dövrə videosuna baxdım və həftəsonu test və ehtiyat pilotu kimi simulyatorda bir neçə dövrə vurmuşdum.
Sessiya yaxşı keçdi və lazım olan hər şeyi yerinə yetirdik. Ən vacibi də elə budur”.
Şərh əlavə et