Xəbəri Kokpitdə Oxuyun!

Red Bull-a xəbərdarlıq verilib

İkinci sərbəst yürüşdə Maks Ferstappenin kokpitdə unudulmuş dəsmalı trasa tullaması ilə bağlı insident araşdırıldıqdan sonra, stüardlar cəmi xəbərdarlıq etməklə kifayətləniblər.

Ferstappen izah edib ki, pitdə olarkən dəsmal dizlərinin üzərindən sürüşərək oturacağın yan hissəsinə düşüb və komanda onun kokpitdə qaldığından xəbərsiz olub. Trasda dəsmalı görən kimi, onu maşından və trayektoriyadan mümkün qədər uzağa tullamaq üçün sağa çəkilib.

Stüardlar belə qənaətə gəliblər ki, dəsmal sürücünün ayaq hissəsində ilişib qalaraq idarəetməyə mane ola bilərdi. Üstəlik, Ferstappen sərt və təhlükəli əşya yox, yumşaq dəsmal tulladığı üçün cəza yox, sadəcə xəbərdarlıqla kifayətləniblər. Komandaya isə bolidi trasda təhlükəli vəziyyətdə buraxdığı üçün xəbərdarlıq verilib.

Rauf Hacıyev

Şərh əlavə et