Xəbəri Kokpitdə Oxuyun!

Stüardlar Ferstappeni çağırıblar

Red Bull komandasının sürücüsü Maks Ferstappen Macarıstandakı ikinci sərbəst yürüş zamanı qeyri-adi qayda pozuntusuna görə stüardlar tərəfindən çağırılıb.

Kokpit.az bildirir ki, Red Bull Racing-in sürücüsü sessiya zamanı 3-cü döngədə yavaşlayıb və kokpitdən trasa nəsə tullayıb. Görünən odur ki, bu, mexaniklərin biri tərəfindən unudulmuş dəsmal olub.

Bu hərəkət Formula 1-in İdman Reqlamentinin 34.14(c) bəndinin pozulması sayılır. Yəni ki, trasa təhlükəli vəziyyətdə hərəkət edən maşının buraxılması… Buna görə həm sürücü, həm də komandanın nümayəndəsi yerli vaxtla saat 18:20-də (Bakı vaxtı ilə 20:20-də) stüardlar tərəfindən çağırılıblar.

Rauf Hacıyev

Şərh əlavə et