Norris Macarıstanda yaxşı start verib

Norris Macarıstanda yaxşı start verib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Formula 1 üzrə Macarıstan Qran Prisinin birinci sərbəst yürüşlərində Lando Norris hamıdan sürətli olub. Onu komanda yoldaşı Oskar Piastri və Ferrari-dən Şarl Lekler izləyiblər.

Budapeştdə cümə günü səhər hava şəraiti sabit idi: hava temperaturu 25-26 dərəcə, asfalt temperaturu isə sessiya ərzində 38- 47 dərəcə arasında dəyişib. Hunqarorinq trasındakı tribunalar isə artıq səhərdən dolu idi – Formula 1 Macarıstanda sevilir, bu yarışa hər il çoxlu turist gəlir.

Birinci sərbəst yürüş sessiyasında iki əvəzetmə olub.

  • Sauber komandasının maşınını Niko Hülkenberq əvəzinə gənc sürücü Pol Aron idarə edib.
  • Aston Martin komandasında isə Fernando Alonso belindəki əzələ zədəsinə görə sessiyanı buraxmalı olub. Onu ehtiyat sürücü Felipe Druqoviç ilə əvəzləyib.

Hunqarorinqdə əksər hallarda cümə günləri asfaltla tutunma zəif olur. Bu dəfə də eyni hal təkrarlanıb. Komandalar daha çox aerodinamik konfiqurasiyaların testləri və sazlanmalar üzərində işləyiblər. Komandalar sürücüləri aerodinamika boyası ilə trasa çıxararaq, hava axınının təhlili ilə məşğul olublar.

Pyer Qasli mühərrik gücünün düşməsi səbəbindən sessiyanın əvvəlində boksa dönməli olub. O ilk yarım saatı itirsə də, sonradan trasa qayıdıb.

Pol Aron isə mühəndislərin göstərişi ilə maşını təhlükəsizlik zonasına çəkib, çünki  mühərrikdə nasazlıq yaranıb. Bu səbəbdən qısa müddətlik virtual təhlükəsizlik maşını rejimi elan olunub.

Sayns, Bortoleto, Norris və Həmilton trasdan kənara çıxsalar da, maşınlarına zərər dəyməyib.

Sessiyanın ən sürətli nəticəsini Lando Norris göstərib – 1:16.062, bu nəticə komanda yoldaşı Piastrinin nəticəsindən 0.029 saniyə üstün olub.

Bunları da oxuyun

Şərh əlavə et