Xəbəri Kokpitdə Oxuyun!

E.Okon: Doğru istiqamətdəyik

Esteban Okon bu mövsüm ilk dəfə Haas komandasının heyətində çıxış edir. Macarıstan Qran Prisi ərəfəsində o, komandadakı performansını dəyərləndirib.

Kokpit.az xatırladır ki, fransalı sürüce Haas komandasındakı debüt mövsümündə çıxdığı 13 yarışdan 27 xal toplayıb və hazırda Sürücülər Çempionatında 10-cu yerdədir.

Esteban Okon: “Deyə bilərəm ki, komandamızla doğru istiqamətdə irəliləyirik. Hər şey problemsiz keçməsə də, bəzi həftəsonları oldu ki, çıxışımız çox güclü idi. Həmin günlərdə demək olar ki, maksimum nəticə əldə etdik və komanda üçün faydalı məlumatlar topladıq.

Mövsümə Avstraliyada demək olar ki, keçənilki maşınla başladıq, amma bundan sonra əla formada özümüzə gəldik. Komanda çətinliklərə düzgün reaksiya verdi, elə hallar oldu ki, mən çıxılmaz vəziyyətdə olduğumuzu düşünürdüm, amma komanda bunun öhdəsindən gəldi.

Komandanın əldə olunan nəticələrlə qürur duyduğunu görmək xoş idi. Mən hər bir üzvümüzlə fəxr edirəm, çünki açıq-aşkar inkişaf etmişik.

Hazırda biz orta qrupda mübarizə aparırıq və hər yarışa maksimum nəticə hədəfi ilə çıxmalıyıq. Bu, ötən mövsümdən əsas fərqimizdir”.

Rauf Hacıyev

Şərh əlavə et