L.Həmilton Vassyörə inanır

L.Həmilton Vassyörə inanır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Budapeştdə cümə axşamı mətbuat konfransında çıxış edən Lyuis Həmilton əsas mövzulardan - Frederik Vassyörün Ferrari ilə müqaviləsinin uzadılmasından, komandanın inkişafından və yeni texniki dəyişikliklərdən danışıb.

Kokpit.az xatırladır ki, Frederik Vassyör Ferrari ilə yeni müqavilə imzalayıb.

Lyuis Həmilton: “Düzünü desəm, Vassyörün Ferrari ilə müqavilə uzatdığını yalnız dünən öyrəndim. Bu əla xəbərdir! Mən çoxdan deyirdim ki, elə də olmalıdır. Axı Frederik məni komandaya dəvət edib və mən onunla işləmək istəyirəm.

Vassyör Toto Volffa bənzəyir? Xeyr, onlar tamamilə fərqli insanlardırlar. Amma hər ikisi əsl yarış adamıdır, bu cəhət onları birləşdirir. Toto komandada hər kəsin öz maksimumunu ortaya qoyması üçün lazımi şəraiti yaratmağı çox yaxşı bacarırdı. Mənə gəldikdə isə, o, özümü ifadə etməyə azadlıq verdi və bu da mənə özümün ən yaxşı versiyama çevrilmək imkanı yaratdı.

Fikrimcə, bu baxımdan Fred də Totoya bənzəyir. Onun necə işləməyi sevdiyini hələ tam anlaya bilməmişəm, amma ona çox inanıram. Bunu bir neçə dəfə demişəm.

Hələ də bolidi təkmilləşdiririk. Keçən həftə Şarl əla iş gördü və podiuma yüksəldi. Hazırda sürət baxımından McLaren-dən geri qalırıq, amma getdikcə fərqi azaldırıq. Ümid edirəm ki, bu irəliləyiş davam edəcək.

Bu həftəsonu necə çıxış edəcəyik? Dəqiq bilmirəm. Gözləmirəm ki, qalib gələk. Yeni asılqan bizə irəli doğru addım atmağa imkan verdi, amma onun tam gücü ilə işləməsi üçün düzgün sazlamalar tapmaq lazımdır”.

Həmiltonun sözləri onun Ferrari-də gələcəyinə optimist yanaşdığını və Vassyörə güvəndiyini göstərir. Komanda isə artıq McLaren-ə qarşı mübarizədə güclənmək üçün konkret texniki dəyişikliklərə fokuslanıb.

Bunları da oxuyun

Şərh əlavə et