C.Rassell: Heç vaxt narahat olmamışam

C.Rassell: Heç vaxt narahat olmamışam
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Macarıstan Qran Prisi öncəsi keçirilən mətbuat konfransında Corc Rassellə növbəti dəfə Mercedes-lə müqaviləsinin uzadılması barədə sual verilib. Britaniyalı pilot bildirib ki, Spa yarışından sonra vəziyyətdə heç bir dəyişiklik baş verməyib və müqavilə ilə bağlı təzyiq hiss etmir.

Kokpit.az xatırladır ki, britaniyalı sürücünün komandası ilə müqaviləsi ilin sonunda bitir. Buna baxmayaraq, tərəflər hələ də rəsmi olaraq müqavilə imzalamayıblar.

Corc Rassell: “Müqavilə məsələsi ilə bağlı xüsusi narahatlığım yoxdur. Komandanın əlində bütün kartlar var. Ona görə də sənədləri imzalamaqda tələsmələrinə səbəb yoxdur, çünki artıq uzunmüddətli müqaviləmiz var.

Düzünü desəm, heç vaxt komandadakı yerimi itirməkdən qorxmamışam. Bu il bu mövzu heç müzakirə belə olunmayıb, amma jurnalistlər bu barədə danışmağı sevir.

Etiraf edim ki, ötən il bir az narahat idim, çünmk 2026-cı il üçün nəsə qərarlaşdırmaq və ya təsdiqləmək istəyirdim. Amma indi əvvəlkindən daha yaxşı çıxış edirəm və komandaya çox şey verə biləcəyimə inanıram.

İndi əsas məsələ bu həftəsonü yarışmaqdır. Sonra isə istirahətə çıxmaq və yay tətilindən zövq almaq istəyirəm. Mənim üçün heç bir son tarix yoxdur, komandanın da mənə qarşı təzyiq göstərmir.

Hər şeysdə razılaşdıqdan və hər iki tərəf qane olduqdan sonra bunu açıqlayacağıq”.

Corc Rassellin bu açıqlamaları onun Mercedes-dəki gələcəyindən əmin olduğunu göstərir və komanda ilə münasibətlərinin stabil qaldığını təsdiqləyir. Müqavilənin rəsmi olaraq uzadılması isə yaxın həftələrdə açıqlana bilər.

Bunları da oxuyun

Şərh əlavə et