Kokpit.az xatırladır ki, avstraliyalı sürücü çempionatda 266 xalla liderdir. Onu 250 xalla Lando Norris izləyir. Üçüncü yerdəki Maks Ferstappenin isə 185 xalı var. Yəni ki, Maks hazırda çempionatın lideri Oskardan 81 xal geridə qalır.
Oskar Piastri: “Fikrimcə, çempionluq uğrunda mübarizə ikimiz arasında gedir – mən və Lando. Son yarış həftəsonlarında da bu aydın göründü: qəıəbə uğrunda yalnız biz döyüşürdük.
Mövsümün sonuna qədər bəzi traslarda rəqiblər daha güclü ola bilər və bizə çətinlik yaradacaqlar. Amma bu, Maks olacaq yoxsa Ferrari, Mercedes, yoxsa başqa biri? İndi bunu söyləmək çətindir.
Açığı, bu məni çox da narahat etmir. Mən sadəcə hər yarışı qazanmağa və xal fərqini artırmağa çalışıram. Biz Lando ilə eyni maşında yarışırıq və bu hal-hazırda padokdakı ən güclü boliddir. Bu hal onu mənim əsas rəqibimə çevirir”
“Çempionluğu nə müəyyən edəcək?” sualına isə Oskar Piastri belə cavab verib: “Cavab sadədir – mövsümün sonuna qədər yarışları qazanmaq, rəqiblərdən sürətli olmaq və minimum səhv etmək lazımdır.
Bəli, stabil nəticələr də vacibdir. Amma əgər səni daima başqaları məğlub edirsə, o zaman çempion ola bilməzsən. Qələbə ilə stabillik arasında düzgün balans tapmaq vacibdir, amma bu həmişə mümkün olmur.
Əgər sən robot olsaydın, həm maksimum sürətlə gedər, həm də heç bir səhv etməzdin. Amma biz insanıq, ona görə səhvləri minimuma endirmək əsas faktorlardan biridir.
Amma sadəcə təhlükəsiz sürüb, risk etməmək də çıxış yolu deyil, çünki bu halda digərləri səni keçəcək”.
Oskar Piastrinin bu cəsarətli açıqlamaları çempionatın hələ bitmədiyi bir mərhələdə ciddi rezonans doğurub. Gənc sürücünün özünəinamı və mövsümə olan yanaşması, onun çempionluq uğrunda həqiqi iddialı olduğunu göstərir.
Şərh əlavə et