Mercedes köhnə asılqana qayıdır

Mercedes köhnə asılqana qayıdır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mercedes komandası Spa ilə Budapeşt arasındakı qısa fasilə ərzində son yarışlardakı sürət itkisinə səbəb olan problemi dəqiq müəyyən edə bilməyib. Amma Macarıstan Qran Prisindən əvvəl Kimi Antonelli komandanın vəziyyəti yaxşılaşdırmaq üçün hansı addımları atdığını açıqlayıb.

Kokpit.az xatırladır ki, “gümüşü oxlar” mövsümə yaxşı başlasalar da, son yarışlar onlar üçün heç də uğurlu keçmir. Xüsusən də Kanada yarışındakı qələbədən sonra Mercedes komandasının əldə etdiyi ən yaxşı nəticə beşinci yer olub.

Buna görə Mercedes komandası Belçika Qran Prisindən sonra bazaya qayıdaraq toplantı edib və boliddəki problemi tapmaq üçün araşdırmalara başlayıb.

Kimi Antonelli: “Biz köhnə asılqan sisteminə qayıdacağıq. Ümid edirəm ki, bu dəyişiklik mənə əvvəlki sürmə hissiyatını qaytaracaq. Yeni asılqana keçdiyimiz gündən bəri – yalnız Kanadadakı yarış istisna olmaqla – bolidə tam öyrəşə bilməmişəm. Sürərkən özümü rahat və inamlı hiss etməmişəm.

Düşünürəm ki, burada mənim tərəfimdən də çatışmazlıqlar olub – yeni maşına tam uyğunlaşa bilmədim, çünki öz sürmə stilimdən imtina etmədən nəticə almağa çalışırdım. Təəssüf ki, bu yanaşma işləmədi.

Corcun sürmə stili fərqlidir, o, boliddəki dəyişikliklərə daha tez uyğunlaşdı. Amma mənim üçün bu məsələ, xüsusilə Avropa mərhələlərində zəif nöqtəyə çevrildi.

Ümid edirəm, köhnə asılqan sisteminə qayıdış ötən mövsümlərdəki sabitliyi və inamı geri qaytaracaq”.

Antonellinin sözlərinə görə Mercedes vəziyyəti düzəltmək üçün eksperimentləri bir müddətlik kənara qoyaraq tanış və işlək konfiqurasiyaya üstünlük verir.

Bunları da oxuyun

Şərh əlavə et