Ferrari daha yenilik gətirməyəcək

Ferrari daha yenilik gətirməyəcək
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandası Belçika Qran Prisinə bir neçə texniki yeniliklə gəlib, onların arasında yenilənmiş arxa asılqan sistemi də var idi.

Komandanın rəhbəri Frederik Vassyör bildirib ki, bu, SF-25 bolidinə mövsüm ərzində tətbiq ediləcək son böyük yenilikdir. Mövsümün qalanında yalnız  böyük olmayan və trasa uyğunlaşdırılmış kiçik dəyişikliklər gözlənilir.

Frederik Vassyör: “Bütün komandalar oxşar vəziyyətdədir. Mövsüm sonuna yaxınlaşdıqca diqqət getdikcə daha çox növbəti ilə yönəlir. Yenə bir neçə kiçik yenilik ola bilər, hansısa trasın özəlliklərinə, hava şəraitinə və ya digər amillərə uyğun olaraq. Amma artıq heç bir əsaslı texniki yenilik olmayacaq”.

Komanda rəhbəri Spada təqdim olunan yeniliklərin potensialı olduğuna inanır, lakin sprint formatı səbəbindən bu potensial tam üzə çıxarılmayıb: “Düşünürəm ki, hələ kiçik sazlanmalara ehtiyac var. Sprint formatlı həftəsonunda yeniliklər üzərində işləməyin çətin olacağını bilirdik, amma onları Budapeştə qədər təxirə salmaq istəmədik.

Bəli, cümə günü uzun məsafəli yürüşlərdə işləyə bilmədik və yetərincə məlumat toplaya bilmədik, amma yenilikləri Spaya gətirmək qərarı doğru idi, çünki bu, Macarıstan Qran Prisinə hazırlıq idi.

Görək, növbəti mərhələdə nə qədər inkişaf edəcəyik. Spada yavaş döngələrdə zəif görünürdük, bu sahədə inkişaf etməliyik. Amma əminəm ki, Spada topladığımız bütün məlumatlar bizə gələn həftəsonu çox faydalı olacaq”.

Qeyd edək ki, Ferrari komandası Spada keçirilən yarışda Şarl Lekler ilə üçüncü olaraq, podiuma yüksəlib. Lyuis Həmilton isə pit yolundan başladığı yarışı düzgün strategiya ilə yeddinci yerdə bitirib.

Bunları da oxuyun

Şərh əlavə et