Sıralanma turunun nəticələrinə əsasən peletonu Rodin Motorsport-un pilotu Aleks Dann qabaqlayırdı. O, cümə günü poul qazandığına görə əlavə xallar da əldə etmişdi. Onun arxasında bumövsümkü ən yaxşı start mövqeyinə sahib olan Ritomu Miata, üçüncü yerdə Roman Stanek, dördüncü sırada isə dünən podiuma yüksəlmiş Viktor Marten qərarlaşmışdı.
Turnir cədvəlində lider olan Riçard Fersxor və ona ən yaxın sürücü Cek Krouford ilk onluqda deyildilər. Bu da Dann üçün böyük fürsət yaradırdı. Buna baxmayaraq, şənbə günü sprint yarışının qalibi Leonardo Fornaroli də iddialı görünürdü – o, turnir cədvəlində üçüncü pillədə qərarlaşmışdı və bu dəfə yarışa yeddinci yerdən başlayırdı.
Yarış hərəkətli startla başladı və ilk dövrədə Stanek Miatanı geridə qoydu. Tras olduqca sürüşkən idi və pilotların bolidlərə nəzarəti çətinləşirdi. Komandalar radio vasitəsilə bildirdilər ki, yaxın dəqiqələrdə yağış yenidən başlayacaq və təxminən 15 dəqiqə davam edəcək.
Bu şəraitdə Aleks Dann fərqi mümkün qədər tez açmağa qərar verdi və iki dövrə sonra bu fərqi 2.3 saniyəyə qədər artırdı. Eyni zamanda, Miata rəqibi Stanekin Qırmızı Su döngəsində etdiyi səhvdən istifadə edərək, ikinci yerini geri qaytardı və liderə yaxınlaşmağa başladı.
Leonardo Fornaroli altıncı yerə qədər irəliləmişdi, lakin o da Qırmızı Su döngəsində səhv etdi və Pepe Marti onu keçdi. Daha sonra Fornarolini yerlisi Gabriele Mini də qabaqladı.
Yeddinci dövrəyə çatanda Dann artıq demək olar ki, üstünlüyünü itirmişdi. Ya təkərlər daha pis işləyirdi, ya da trasdakı su artmışdı. Bir neçə pilot – Montoya, Meqetunif və Küş Mayni – pit-stopa yollandı.
Səkkizinci dövrədə Miata Dannla fərqi 0.3 saniyəyə qədər salsa da, hələ hücum üçün imkan tapmamışdı. Həmin dövrədə Brauninq Fornarolini geridə qoydu.
Martenə tras limitlərinə əməl etmədiyinə görə xəbərdarlıq (qara-ağ bayraq) göstərildi. Mini də eyni xəbərdarlığı aldı. Stanek isə Miatanın artıq üç dəfə tras limitlərini aşdığını iddia etdi, lakin stüardlar buna reaksiya vermədilər. Marten isə 5 saniyə cəza aldı. Az sonra bu cəza ikiqat artdı və Marten 10 saniyəlik pit cəzası ilə cəzalandırıldı.
12-ci dövrədə Marten boksa daxil olaraq cəzasını çəkdi və 15-ci yerə düşdü.
13-cü dövrədə Dann pit-stopa daxil oldu. Digər lider pilotlar da eyni addımı atdı. Lakin Brauninq pitdən soyuq təkərlərlə çıxanda trasda idarəetməni itirdi və yerində fırlanaraq, geriyə düşdü.
Dann trasda üçüncü idi, lakin artıq Miata yox, Stanek tərəfindən izlənirdi. 14-cü dövrədə Amori Kordil pitə girdikdən sonra Dann ikinci oldu və Oliver Göteni təqib etməyə başladı. Götə pitə girmədiyindən irlandiyalı rəqibinə müqavimət göstərdi, lakin sonda Dann önə keçərək, yerinə – liderliyə qayırdı.
Dann sürətlə fərqi artırdı və ən 3.5 saniyəyə qədər çıxardı. Miata yenidən sürətlənmişdi, lakin o da yerində fırlanaraq ikincilikdə dördüncülüyə düşdü – Lindblad və Stanek onu keçdilər.
Fırlanmış Brauninq yenidən yüksəlməyə başladı. O əvvəl Martini keçdi və Miataya yaxınlaşdı.
17-ci dövrədə isə trasa Təhlükəsizlik maşını daxil oldu, çünki Sebastyan Montoya Qırmzı Su döngəsində idarəetməni itirərək maşını bariyerlərin yanında saxladı. Təhlükəsizlik avtomobili trasda göründü və maşınlar arasındakı fərqlər bağlandı.
Yağış yenidən şiddətlənmişdi. Dann radio ilə trasın təhlükəli olduğunu dedi və yarışın təhlükəsizlik avtomobilinin arxasında başa çatmasını istədi. Bu zaman Oliver Götenin bolidindən sıx duman çıxdı və o, mübarizəni dayandırdı. Onun maşınını evakuasiya etmək üçün vaxt çatmadığından, yarış 22-ci dövrədə qırmızı bayraqla dayandırıldı.
Beləliklə, yarış tam xal sistemi ilə nəticələndi. Aleks Dann qalib gəldi və Sürücülər Çempionatında liderliyə yüksəldi.
İkinci yeri Arvid Lindblad tutdu, Roman Stanek isə mövsümdə üçüncü dəfə podiuma yüksəldi. Ritomu Miata yarışı dördüncü bitirdi – bu, onun F2-dəki ən yaxşı nəticəsi oldu.
Beləliklə, Dann 137 xalla çempionatda liderliyə yüksəldi. Fersxor isə xal toplaya bilmədi və 122 xalla ikinci pillədə qaldı. Fornaroli isə cəmi 1 xal geri qalaraq mübarizəni daha da gərginləşdirdi. F2-də növbəti mərhələ gələn həftə Macarıstandakı Hunqarorinq trasında baş tutacaq.
Şərh əlavə et