M.Ferstappen sazlanmadan narazıdır

M.Ferstappen sazlanmadan narazıdır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Red Bull komandasının pilotu Maks Ferstappen Belçika Qran Prisindəki sıralanma turunu dördüncü yerdə tamamladıqdan sonra verdiyi açıqlamada bildirib ki, komandanın Spa üçün seçdiyi sazlanmalar gözlənilən sürüş hissini verməyib.

Kokpit.az xatırladır ki, niderlandlı pilot Belçikadakı əsas sıralanma turunu dördüncü yerdə bitirib.

Maks Ferstappen bildirib ki, sessiya ərzində bolidi limitlərdə sürəcək qədər inamlı olmayıb: “Əslində bu sazlanmaların sürüş hissini bir qədər yaxşılaşdıracağını düşünürdüm. Sadəcə bir az sürüşmə ola bilər deyə gözləyirdim, amma belə olmadı. Avtomobil lazım olduğundan artıq sürüşdü və düzgün balansı tapa bilmədik.

Sözün açığı, bu bir az qəribə idi. Bunu oturub təhlil etməliyik, çünki bütün sıralanma turu ərzində həqiqətən də limitlərdə sürə bilmədim. Spa kimi trasda döngələrə inamla girmək vacibdir, bolidin dönəcəyinə əmin olmalısınız, amma bunu edə bilmədim”.

Maks Ferstappen sıralanma turunun son sessiyasında istədikləri nəticəni ala bilmədiklərini də etiraf edib: “Ən azından üçüncü yerdən başlamağı istəyərdim. Bu gün bizim üçün ən real mövqe o idi. Təəssüf ki, son sessiyada istədiyimiz alınmadı”.

Yarışda gözlənilən yağışa barədə də danışan Red Bull sürücüsü qeyd edib: “Spada yağış altında yarışmaq həmişə çox çətin olur. Nə qədər yağış yağacağını görəcəyik. Təbii ki, ideal ssenaridə ən azı üçüncü olmaq istərdim. McLaren-lərlə mübarizə çox çətin olacaq, amma bu trasda hər şey mümkündür”.

Bunları da oxuyun

Şərh əlavə et