L.Norris: İnsanlar mənasız yerə tənqid etdilər

L.Norris: İnsanlar mənasız yerə tənqid etdilər
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Lando Norris Belçika Qran Prisində keçirilən sıralanma turlarında poul qazandıqdan sonra verdiyi açıqlamada özünü yaxşı hiss etdiyini və cümə günü ilə bağlı edilən tənqidlərin həddən artıq şişirdildiyini bildirib.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü cümə günü keçirilən sprint sıralanma turunda poul qazanan Piastridən 0.6 saniyə geridə qalaraq, üçüncü olmuşdu. Norris bugünkü əsas sıralanma turunda geridönüş edib və poul qazanıb.

Sıralanma turundan sonra sabiq Dünya Çempionu Niko Rosberqə müsahibə verən Lando Norris bildirib ki, cümə günü komanda yoldaşı Oskar Piastri ilə müqayisədə geri qalması yanlış qiymətləndirilib: “Çox yaxşı dövrə idi, xoşbəxtəm. Dünənlə bağlı hamı bir az artıq narahat idi. Əslində elə də geridə deyildim, sadəcə bir neçə xırda problem vardı. Bu səbəbdən bu günə özümə güvənərək gəldim və zirvəyə çıxmaq gözəl oldu”.

Norris əlavə edib ki, 0.3 saniyəlik fərq hava koridorunun olmaması və pit yolundan birinci çıxmaması ilə əlaqədar olub: “Burada narahat olmalı heç nə yox idi, amma insanlar hər şeyi böyütməyi sevirlər. Mən isə özümü kifayət qədər yaxşı hiss edirdim”.

McLaren pilotu həmçinin bolidinin bütün həftəsonu boyunca güclü olduğunu və komanda daxilindəki sağlam rəqabətin performansa müsbət təsir etdiyini də vurğulayıb: “Oskar bu həftəsonu boyunca əla iş gördü. Bir-birimizlə rəqabət apardığımızı görmək sevindiricidir”.

Norris hava şəraitinə uyğun olaraq hər cür yarışa hazır olduqlarını bildirib və əlavə edib: “Açığı, trasın quru qalmasını istərdim. Xüsusən də azarkeşlər üçün… Deyəsən, burada son 10 ildə həmişə yağış yağır. Ona görə quru havada keçən bazar günü gözəl olardı. Amma istər quru, istər yağışlı – bura Spa-dır, əyləncəli yarış olacaq”.

Bunları da oxuyun

Şərh əlavə et