M.Ferstappen: Sıralanma tempində sürdüm

M.Ferstappen: Sıralanma tempində sürdüm
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Belçika Qran Prisində keçirilən sprint yarışının qalibi olan Maks Ferstappen McLaren pilotları ilə yaxın mübarizənin gərgin keçdiyini və ardıcıl sürətli dövrələr ataraq qələbə qazandığını bildirib.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü yarışa ikinci yerdən başlasa da, ilk dövrədə Kemmel düzlüyündə Oskar Piastrini keçərək, liderliyə yüksəlib. O, daha sonra yarışın sonuna qədər Piastri ilə Norrisin hücumlarına tab gətirib və sprint yarışını qazanıb.

Maks Ferstappen yarışdan sonra verdiyi açıqlamada belə deyib: “Yarış bizim üçün həqiqətən yaxşı keçdi. Start McLaren-lərə qarşı əsas şansımız idi və 5-ci döngədə liderliyi ələ keçirdik. Sonrasında onları arxada saxlamağın çox çətin olacağını bilirdim. DRS və batareya istifadəsi ilə bu, pişik-siçan oyununa çevrildi”.

Ferstappen McLaren-lərin yarış boyu 0.7 saniyəlik fərq daxilində qaldığını vurğulayıb: “Böyük səhv etməyə haqqım yox idi. Yalnız son döngədə bir az əyləc kilidlənməsi yaşadım, amma bunun xaricində hər şey çox yaxşı idi. Spada qalib gəlmək dəyərli sayılır. Sprint olsa belə. Bugünkü performansdan çox razıyam”.

O, McLaren-lərlə baş-başa gedən mübarizəni “limitlərdən kənarda sürmək” kimi xarakterizə edib: “Bu qədər yaxın bir döyüşdə qalib gəlmək üçün hədləri aşmaq lazım gəlir. Belə yarışda təkərə nəzarət arxa planda qalır. Bu isə işi daha da çətinləşdirir. Onları arxamda saxlamaq üçün 15 dövrə ərzində sanki sıralanma turu atdım. Asan deyildi, amma bacardıq və bu məni çox sevindirir”.

Bunları da oxuyun

Şərh əlavə et