A.Stella: Piastri layiq idi

A.Stella: Piastri layiq idi
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren komandasının rəhbəri Andrea Stella Belçika Qran Prisinin sprint sıralanma turlundan sonra verdiyi açıqlamada bildirib ki, Oskar Piastrinin performansı çox təsiredici olub. İtalyan rəhbər gənc pilotun bolidin bütün potensialını ortaya qoyduğunu vurğulayıb.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Belçikadakı sprint sıralanma turunda ən yaxın rəqibi Maks Ferstappenə 0.4 saniyə fərq ataraq, poul qazanıb. O, komanda yoldaşı Lando Norrisə isə 0.6 saniyə fərq atıb.

Andrea Stella: “Şübhəsiz ki, Oskardan çox təsirli bir dövrə izlədik. Maşında nə varsa, hamısını ortaya qoydu”.

Stella bildirib ki, Medium tərkibdən Soft təkərlərə keçid performans baxımından əhəmiyyətli dönüş yaradıb.

Piastrinin ilk dövrəsi ləğv olunduqdan sonra McLaren qarajında qısa müddətlik gərginlik yaşansa da, avstraliyalı sürücü ikinci cəhdində poulu qazanmağı bacarıb. Stella bu nəticəni belə dəyərləndirib: “Piastri bu poula sona qədər layiq idi”.

Komandasının Silverstoundan sonra keçən iki həftəni boş keçirmədiyini bildirən Andrea Stella Spa trasına yenilənmiş detallar ilə gəldiklərini açıqlayıb: “Bura bir neçə yeniliklə gəldik. Bütün komandaya təşəkkür etmək istəyirəm. Yeni bir altlıq və yeni bir arxa qanad gətirmişik. Bu işdə dayanmaq geriyə getmək deməkdir”.

Andrea Stella əlavə edib ki, yeniliklər gözlənildiyi kimi işləyib, lakin Red Bull-un sürücüsü Maks Ferstappen hələ də çox güclü rəqib olaraq qalır: “Maks həm sərbəst yürüşdə, həm də sıralamada güclü idi. Hələ yolun əvvəlindəyik. Bu sadəcə sprint sıralanmasıdır – əsas mübarizə hələ qarşıdadır”.

Bunları da oxuyun

Şərh əlavə et