K.Sayns: Sessiya mənim üçün xüsusi idi

K.Sayns: Sessiya mənim üçün xüsusi idi
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Sərbəst yürüş zamanı Williams komandasının sürücüsü Karlos Saynsın yanacaq sistemi ilə bağlı problemi yaranıb. Bu səbəbdən ispan pilot sessiyanın yarısını buraxıb. Belçika Qran Prisinin proqramına sprint yarışı da daxil olduğu üçün bu, ciddi problem ola bilərdi. Lakin Sayns bu çətinliyə baxmayaraq cümə günü keçirilən sprint sıralanma turunda yaxşı nəticə göstərib.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü altıncı nəticə ilə kifayətlənib və komanda yoldaşı Aleks Elbonu qabaqlayıb. Elbon isə sıralanma turunun ilk sessiyasında mübarizəni dayandırıb. Onun bolidində də texniki nasazlıq müşahidə olunub.

Karlos Sayns: “Bu gün əldə etdiyim nəticədən razı qaldım. Komandayla birlikdə vəziyyəti düzəltməyi bacardım, baxmayaraq ki, sərbəst yürüşün yarısını buraxmışdım. Mühərriklə bağlı problem üzə çıxmışdı və vəziyyəti özümüz çətinləşdirmişdik.

Bu sessiya mənim üçün vacib idi, çünki Spa trasında Williams bolidi ilə ilk dəfə çıxış edirdim. Sıralanma turuna hazırlaşmaq üçün çox az vaxtım var idi. Buna baxmayaraq, sprint sıralanmasında bir neçə yaxşı dövrə atmağı bacardım.

Komanda bu həftəsonu bir neçə yenilik gətirib. Maşını düzgün sazlamaq üçün onların necə işlədiyini tam başa düşməliyəm. Ümid edirəm ki, şənbə günü tempi artıra biləcəyik”.

Aleks Elbon: “Maşında problem yaranmışdı. Elə düşünürdük ki, sərbəst yürüşdən sonra aradan qaldırmışıq, amma sprint sıralanmasında düzlüklərdə çox vaxt itirdik. Görünür, maşının sazlanması üçün fərqli yanaşma tələb olunur.

Buna baxmayaraq, bu trasda maşınımızın yüksək sürət potensialı var. Həftəsonunun əsas mərhələlərinə optimist yanaşıram”.

Bunları da oxuyun

Şərh əlavə et