Kokpit.az xatırladır ki, Belçikadakı sprint sıralanma turu Aston Martin üçün yaxşı keçməyib. Fernando Alonso 14-cü, Ləns Stroll isə 15-ci yeri tutub.
Fernando Alonso: “Bu əfsanəvi trasda yenidən yarışmaq xoş hisslər yaradıe. Bugünkü hava şəraiti quru idi və biz ilk sessiyada ən yaxşı sürətimizi göstərə bildik. Sürətli sürüb, əlimdən gələni etdim, lakin təəssüf ki, bu tempi ikinci sessiyada qoruya bilmədik.
Yeni ön qanadı sınaqdan keçirdik və əlavə asfaltayatma qüvvəsi qazanmışıq. Bugünkü sprintdə və ümumiyyətlə bütün həftəsonu ərzində bu yeniliyi daha ətraflı öyrənəcəyik”.
Ləns Stroll: “Spa elə traslardandır ki, hər il buraya gəlib, yarışmaq həqiqətən zövq verir. Yüksək sürətli döngələrdə maşının necə ‘canlandığını’ hiss edirəm
İlk sessiyada təmiz dövrə vurub, yaxşı nəticə göstərdim, lakin ikinci sessiyada avtomobil bir neçə dəfə trayektoriyadan çıxdı və altlıq zədələndi. Nəticədə sprint yarışına 15-ci yerdən start götürəcəyəm. Şənbə günü nə edə biləcəyimizi görəcəyik”.
Şərh əlavə et