Ş.Lekler: Yeniliklər işlədi, amma…

Ş.Lekler: Yeniliklər işlədi, amma…
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandasının pilotu Şarl Lekler Belçika Qran Prisində keçirilən sprint sıralanma turunu dördüncü yerdə tamamladıqdan sonra komandasının irəliləyişini hiss etdiyini, lakin McLaren-lərin sürətinə qarşı durmağın mümkünsüz olduğunu bildirib.

Kokpit.az xatırladır ki, monakolu sürücü Belçikadakı sprint sıralanma turunda poul qazanan Oskar Piastridən 0.7 saniyə geridə qalıb və dördüncü yeri tutub.

Ferrari bu yarışa yeni arxa asılqan gətirib. Şarl Lekler verdiyi açıqlamada yeniliklərin faydasını hiss etdiyini təsdiqləyib: “Dəyişiklikləri hiss etdim, amma bu gün fərq çox böyük idi. Əminəm ki, irəliləyiş əldə etmişik, amma McLaren bu trasda hətta əvvəlkindən də sürətli görünür!”

O, yeniliklərin gözlənilən effekti verdiyini desə də, dövrəvi nəticələrin məyusedici olduğunu vurğulayıb:
“Yeniliklərlə istədiyimiz bəzi məqamlara çatdıq, lakin sıralanma sessiyası çox çətin keçdi. Xüsusilə də fərqlərə baxdıqda, bu, çox məyusedicidir”.

Monakolu pilot bolidn idarəetməsinin yaxşılaşdığını desə də, hələ də ciddi çatışmazlıqların olduğunu bildirib: “Bəli, idarəetmə baxımından hiss yaxşı idi. Maşının daha yaxşı hiss etdirməsi məni sevindirir, amma buna baxmayaraq, hələ də 0.7 saniyə geridəyik. Hələ çox iş görülməlidir. Hazırda əsas çatışmazlıq – maşına kifayət qədər asfaltla ilişmə qazandıra bilməməyimizdir”.

Bunları da oxuyun

Şərh əlavə et