Belçika F2 – Dann rahatlıqla poul qazanıb

Belçika F2 – Dann rahatlıqla poul qazanıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Formula 2 çempionatının Belçika mərhələsində cümə günü keçirilən sıralanma turunda poul uğrunda mübarizə olduqca gərgin keçib. Bu yarışda ən sürətli vaxtı göstərən sürücüyə əlavə xallar verildiyindən, sıralanma turu çempionatın gedişində mühüm rol oynayır.

Kokpit.az bildirir ki, Spada hava şəraiti adətən dəyişkən olsa da, bu dəfə günəşli və sakit keçib. Belə şəraitdə sürücülər öz bacarıqlarını və bolidlərinin real potensialını nümayiş etdirmək imkanı qazanıblar.

Sıralanma turuna yaxşı başlayan Aleks Dann ilk dövrələrdə ən sürətli nəticəni göstərib. Leonardo Fornaroli onun nəticəsinə yaxın olsa da, ikinci cəhdlər zamanı Dann hamını üstələyərək 1:57.863 zaman nəticəsi ilə zirvədə möhkəmlənib. Bu nəticə o, əsas rəqibləri olan Qabriel Mini və Viktor Marteni açıq fərqlə qabaqlayıb.

Sessiyanın sonuna yaxın sürücülər yeni Soft təkərlərlə trasda daha bir cəhd ediblər. Lakin Dann yenə də hamını geridə qoyaraq əvvəlki nəticəsini 0.7 saniyə yaxşılaşdırıb.

Sürpriz nəticələrdən biri də Ritomo Miata ilə bağlı olub. O, ikinci yerdə qərarlaşıb və bu, onun F2-dəki ən yaxşı sıralanma nəticəsidir. O, poul vaxtından 0.419 saniyə geridə qalıb. Mini və Marten isə yalnız üçüncü və dördüncü yerləri tutublar.

Maraqlı məqam isə çempionatın lideri Riçard Fersxorun 11-ci yeri tutması və ilk onluğa belə düşə bilməməsi olub.

Nəticədə, Aleks Dann bazar günü keçiriləcək əsas yarışa pouldan başlayacaq. Sabahkı sprint yarışında isə pouldan Oliver Göte start götürəcək, çünki o, sıralanma turunu 10-cu nəticə ilə tamamlayıb və sprint yarışında ilk onluq əks ardıcıllıqla düzülür.

Buna baxmayaraq, poul mövqeyi Spa kimi ötmələrin bol olduğu trasda həlledici sayılmır. Bu isə o deməkdir ki, qarşıda bizi həyəcanlı yarışlar gözləyir.

Bunları da oxuyun

Şərh əlavə et