Tsunoda yenilik almayacaq

Tsunoda yenilik almayacaq
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Red Bull komandasının pilotu Yuki Tsunoda bildirib ki, əvvəlcədən planlaşdırıldığı kimi, Belçika Qran Prisində Maks Ferstappenin bolidindəki texniki yeniliklərə sahib olmayacaq. Komandanın səylərinə baxmayaraq, onun bolidi əvvəlki versiyada qalacaq.

Kokpit.az xatırladır ki, yaponiyalı sürücü bu il Red Bull komandasına keçdikdən sonra çox əziyyət çəkir. 25 yaşlı pilot son beş yarışdan xalsız ayrılıb və Red Bull komandasının tarixində bir antirekorda imza atıb.

Yuki Tsunoda mövcud vəziyyətlə bağlı belə açıqlama verib: “Dünən mənə dedilər ki, bu yeniliklərdən istifadə etməyəcəyik. Bilirəm ki, komanda az da olsa yenilikləri tətbiq etməyə çalışıb, amma bu mərhələdə mənim maşınım əvvəlki spesifikasiyada olacaq. Buna baxmayaraq, mövcud boliddən maksimum nəticəni almağa çalışacağam.

Qarşıda çətin bir tapşırıq durub – nəticələr çox sıxdır və belə şəraitdə hər bir detal önəm daşıyır. Amma əlimdən gələnin ən yaxşısını edəcəyəm”.

Yuki Tsunoda həmçinin Kristian Hornerin Red Bull-un rəhbəri vəzifəsindən ayrılmasına da münasibət bildirib: “Kristianın məni əvvəlki yarışlarda necə dəstəklədiyini bilirəm və bunu yüksək qiymətləndirirəm. Dünən ondan belə bir mesaj almışam: “Bacardığını göstər.” Bu sözləri oxumaq mənə xoş gəlib”.

Bunları da oxuyun

Şərh əlavə et