Williams özünə gəlmək istəyir

Williams özünə gəlmək istəyir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Formula 1 mövsümünün ikinci rübü Williams komandası üçün uğursuz olub. Əsas rəqiblər güclənərkən, Britaniya təmsilçisi nisbətən zəifləyib. Lakin komanda rəhbəri Ceyms Vaulzun başçılığı altında Williams qarşıdakı yarışlarda özünə gəlməyə çalışır.

Kokpit.az xatırladır ki, Williams komandası son 5 yarışdan 8 xal toplayıb və onların çempionatdakı beşinci yeri təhlükə altına düşüb.

Karlos Sayns bildirib ki, Silverstoundan sonra yaranan qısa fasilə hər kəsə yaxşı təsir edib: “Özümü dincəlmiş kimi hiss edirəm və dünya çempionatının ən yaxşı traslarından birində çıxış etməyə hazıram. Spa hər zaman çətin mərhələdir – həm hava şəraiti, həm də trasın xüsusiyyətləri sürprizlərə səbəb ola bilər. Bu il həftəsonu şənbə sprinti formatında keçiriləcək ki, bu da mübarizəni daha maraqlı edir. Komanda bu yarışa  bir neçə yenilik gətirəcək və onların nəticəsini görmək maraqlı olacaq. Ümid edirəm ki, Spa yarışı bizim üçün uğurlu keçəcək”.

Aleks Elbon da komandanın yarışa hazır olduğunu bildirib: “Spa təqvimdəki ən maraqlı yarışlardan biridir və bu trasda mübarizə aparmaq həmişə xüsusi hisslər yaradır. Komandamız Spa yarışında adətən pis nəticə göstərmir, bu dəfə də optimistəm. Silverstounla Spa arasındakı qısa fasilə bizə avtomobili daha yaxşı anlamağa və son yarışlardan nəticə çıxarmağa imkan verdi. Sevindiricidir ki, maşın inkişaf edir və ümid edirəm ki, bu mərhələdə gətirilən yeniliklər bizə mövsümün ilk hissəsini yaxşı nəticə ilə başa vurmağa kömək edəcək”.

Bunları da oxuyun

Şərh əlavə et