McLaren Belçikaya hazırdır

McLaren Belçikaya hazırdır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Bu həftəsonu Belçikada keçiriləcək Spa Qran Prisində McLaren pilotları Oskar Piastri və Lando Norris çempionluq uğrunda mübarizəni davam etdirəcək. Hər iki sürücü bu əfsanəvi trası sevdiklərini və Spa yarışını səbirsizliklə gözlədiklərini bildiriblər.

Kokpit.az xatırladır ki, hazırda Oskar Piastri birinci, Lando Norris isə ikinci yerdədir. İki sürücünü cəmi 8 xal ayırır.

Lando Norris: “Bu həftəsonu Belçikaya qayıdacağım üçün səbirsizlənirəm. Spa trasına qayıtmaq həmişə xoşdur, çünki tribunadakı azarkeşlər möhtəşəm atmosfer yaradırlar.
Silverstoundakı qələbə inanılmaz oldu, amma indi diqqətimizi qarşıdakı ikili yarışlara yönəltmişik. Bazaya qayıdıb komandamızla birlikdə ciddi hazırlaşmışıq. Tempimizi qoruyub saxlamağa və yaxşı nəticələr əldə etməyə köklənmişik”.

Oskar Piastri: “Spa yarışını hər zaman səbirsizliklə gözləyirəm. Bu, çox sürətli hissələrlə dolu, yarışmaq üçün möhtəşəm olan əfsanəvi bir trasdır. Bu mərhələ şübhəsiz ki, mövsümün ən yadda qalan yarışlarından biri olacaq. Yarışlar arasındakı fasilədə çox çalışmışıq. Vokinqdəki bazada böyük zəhmət çəkən hər kəsə təşəkkürümü bildirirəm”.

Komanda rəhbəri Andrea Stella: “İki həftəlik fasilədən sonra yay tətilindən əvvəlki son ikili yarışlara — Spa trasına yollanırıq. Bu dəfə sprint yarışlı həftəsonu bizi gözləyir və bu, daha çox xal qazanmaq üçün əla fürsətdir.

Komandamız ev trasındakl tarixi qələbə dublundan sonra təqvimin ən əfsanəvi traslarından birində yarışacaq. Spa pilotlar üçün əsl sınaq meydanıdır və əminəm ki, azarkeşləri həyəcanlı və gərgin mübarizə gözləyir”.

Bunları da oxuyun

Şərh əlavə et