Haas Qudvudda şou göstərir

Haas Qudvudda şou göstərir
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Haas F1 komandası bu il Qudvud Sürət Festivalında qeyri-adi tərkiblə iştirak edir. Belə ki, komandanın VF-23 və VF-24 bolidlərini yalnız əsas pilotlar yox, həm də Haas-ın qurucusu və sahibi Cin Haas özü idarə edib. Bu, Formula 1 tarixi üçün nadir hadisədir – 72 yaşlı amerikalı biznesmen ilk dəfə olaraq komandasının bolidinin sükanı arxasına əyləşib.

Qeyd edək ki, Cin Haas dünyanın tanınmış “Haas Automation” dəzgah istehsalı şirkətinin sahibidir və əsas fəaliyyəti avtoidmandan kənardır. Lakin o, festival öncəsi xüsusi təlim proqramı keçib və nəticədə maşını uğurla idarə etməyi bacarıb.

Cin Haas boliddən düşdükdən sonra belə danışıb: “Səmimi desəm, əvvəllər Sürət Festivalı haqqında o qədər də məlumatım yox idi. Amma bu tədbir məni cəlb etdi və artıq başa düşürəm ki, niyə bu qədər insan buraya gəlir. Ən çətini isə bu qədər sürətli maşını çox yavaş sürmək idi!”

Komanda rəhbəri Ayao Komatsu isə bildirib: “Cin ilk dəfə Formula 1 maşını sürdü və hər şey əla keçdi. Hər birimiz iki dəfə — səhər və günorta olmaqla trasda yer aldıq. Cin çox məmnun idi və daim gülümsəyirdi. Bu gün bizim üçün sadəcə möhtəşəm bir gün oldu. Tarixi bir hadisə idi və həmişə yaddaşımızda qalacaq”.

Bu gün isə Haas bolidlərinin sükanı arxasında artıq Oliver Berman və Esteban Okon yer alıblar. Peşəkar pilotlar olaraq onların çıxışı festival izləyiciləri tərəfindən rəğbətlə qarşılanıb. Qudvud təpəsinə qalxan məşhur trasa çıxan əsas heyətin sürücüləri artıq öz bacarıqlarını nümayiş etdiriblər.

Bunları da oxuyun

Şərh əlavə et