Rəsmi: Horner Red Bull-dan ayrılıb

Rəsmi: Horner Red Bull-dan ayrılıb
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Red Bull komanda rəhbəri Kristian Horner ilə yollarını ayırıb. Onun yerinə Laurent Mekies gətirilib.

Red Bull Formula 1 komandasında ciddi rəhbərlik dəyişikliyi baş verib. Komandaya 20 ildən artıqdır rəhbərlik edən Kristian Horner ilə yollar ayrılıb. Bu qərar dərhal qüvvəyə minib və Formula 1 dünyasında geniş rezonans doğurub.

Kristian Horner Red Bull-un qurulduğu gündən – 2005-ci ildən etibarən komandanın rəhbəri idi. Onun rəhbərliyi dövründə komanda bir neçə dünya çempionluğu qazansa da, son bir ildə komandanın zəifləmısi bu ayrılığın əsas səbəbi kimi göstərilir.

Hazırda Red Bull Mühəndislər Kubokunda dördüncü yerdə qərarlaşıb. Komandanın əsas pilotu Maks Ferstappen bu mövsüm iki yarışda qələbə qazansa da, Red Bull-un üstünlüyü artıq əvvəlki kimi deyil. Keçən ilin may ayından etibarən McLaren-in performans baxımından Red Bull-a çatması ilə vəziyyət dəyişib.

Bundan əlavə, komandanın əsas texniki simaları – Texniki Direktor Ədrian Nyui və İdman Direktoru Conatan Vitli də yaxın aylarda komandadan ayrılıblar. Bu ayrılıqlar komandanın stabil strukturunu sarsıdıb.

Maks Ferstappenin Red Bull ilə 2028-ci ilə qədər müqaviləsi olsa da, müqavilədə yer alan ləğvetmə maddələri bu yay aktivləşə bilər. Xüsusilə Mercedes-in Ferstappen ilə maraqlandığına dair iddialar da gündəmdə qalmaqdadır.

Red Bull-un yeni komanda rəhbəri isə Racing Bulls-un keçmiş rəhbəri Loren Mekis olub. Mekisin Racing Bulls-dakı yerini isə bu komandada yarış direktoru vəzifəsini daşıyan Alan Permeyn tutub.

Loren Mekis Red Bull-a təyinatı barədə bunları deyib: “Son bir il yarımda Piter Bayer ilə birlikdə Racing Bulls komandasını idarə etmək böyük şərəf idi. Komandanın qurulmasına töhfə vermək hər birimiz üçün böyük bir macəra oldu. Düşünürəm ki, bu hələ başlanğıcdır. Alan komandaya rəhbərlik etmək üçün ideal namizəddir. O, komandamızı bütün detalları ilə tanıyır və ilk uğurlarımızda əsas rola sahib idi”.

Bunları da oxuyun

Şərh əlavə et