Kokpit.az xatırladır ki, insident 9-cu döngədə baş verib. Fransalı pilot çınqıllığa çıxaraq bariyerlərə çırpılıb və sarı bayraqların dalğalanmasına səbəb olub. Elə həmin vaxt komandanın digər sürücüsü Liam Louson da Esteban Ocon ilə yaşadığı insidentdən sonra mübarizəni dayandırıb. Beləliklə, Racing Bulls həftəsonunu hər iki sürücüsünün yarışı vaxtından əvvəl dayandırması ilə başa vurub.
Hacarın çırpıldığı Antonellinin bolidində diffuzor zədələnməsi qeydə alınıb. Bu da gənc Mercedes pilotunun performansına ciddi təsir edib. Yekunda Antonelli yarışa davam edə bilməyib.
Yarışdakı güclü yağış, tras üzərində görmə məsafəsinin kəskin azalmasına səbəb olub. Hacar yarışdan əvvəl bu cür çətin hava şəraitinin onların xeyrinə işləyə biləcəyini düşündüyünü demişdi.
Lakin sıralama turunu 13-cü yerdə başa vuran gənc sürücü daha sonra bildirib: “Əylənmə anlarında küləyin təsirindən nəzarəti itirirdim.
Maşının balansı ümumilikdə pis deyildi, amma trasdakı şərait tamamilə təsadüfi idi”.
Şərh əlavə et