L.Həmilton: Maşını sürmək mümkünsüzdür

L.Həmilton: Maşını sürmək mümkünsüzdür
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandasının sürücüsü Lyuis Həmilton Britaniya Qran Prisindəki çətin yarışdan sonra Ferrari ilə bəzi narahatlıqlarını bölüşmək üçün görüş keçirməyi planlaşdırdığını bildirib.

Kokpit.az xatırladır ki, Silverstoun trasında ən çox qələbə qazanmış sürücü olan yeddiqat dünya çempionu yarışda dəyişkən hava şəraitində böyük çətinliklə üzləşib.

Yarışın sonlarına doğru Lyuis rəqibi Niko Hülkenberqə yaxınlaşaraq podium uğrunda mübarizə aparmağa çalışsa da, onu keçə bilməyib və yarışı dördüncü yerdə başa vurub.

Yarışdan sonra Lyuis Həmilton belə deyib: “Yarış boyu bolidi trasda saxlamaq çox çətin idi. Təkərlər xeyli yeyilmiş və performansını itirmişdi. Maşını sürmək olduqca çətinləşmişdi.

Amma bu gün çox şey öyrəndim. Çıxarılacaq dərslər var. Bu maşınla yaş trasda cəmi ikinci dəfədir sürürəm. Bu şəraitin nə qədər çətin olduğunu sözlə izah edə bilmərəm. Bu bolid belə şəraiti sevmir.

Yarışdan topladığımız məlumatlar çox önəmlidir. Mənim üçün əsas məsələ odur ki, bu məlumatlarla birlikdə oturaq və gələn ilin maşınını hazırlayan mühəndislərlə danışaq. Çünki bu boliddə olan bəzi xüsusiyyətlər gələn ilə daşınmamalıdır”.

Bunları da oxuyun

Şərh əlavə et