Kokpit.az xatırladır ki, italyan sürücü rəqibi Ayzek Hacar ilə yaşadığı təmas nəticəsində yarışı vaxtından əvvəl dayandırıb. Komanda yoldaşı Corc Rassell isə 10-cu olaraq sadəcə 1 xala razı olub.
Yarışdan sonra danışan Kimi Antonelli belə deyib: “Açığı, nə deyəcəyimi bilmirəm. Elə bil hər şey əleyhimizə işləyir və müsbət tərəf axtarmaq çətindir.
İlk dövrədə riskli bir qərar verdik, amma işə yaramadı. Mən pitə girdiyim anda virtual təhlükəsizlik maşını rejimi başladı və təkərləri heç cür qızdıra bilmədim.
Avtomobili trasda saxlaya bildiyim üçün özümü şanslı sayıram. Aşağı sürətdə belə görüntü çox zəif idi. Yarışı xalsız bitirmək çox məyusedicidir”.
Mövsümün yarısının geridə qalması ilə bağlı Kimi Antonelli belə cavab verib: “Düzünü desəm, çox da razı deyiləm. Kanadadan sonra müsbət heç nə tapmaq olmur. Hər şey bizim əleyhimizə işləyirmiş kimi hiss edirəm.
Yenidən fokuslanmalıyam, özümə gəlməliyəm, tünelin sonundakı işığı yenidən tapmalıyam.
Növbəti yarış sprint formatında olacaq. Bu səbəbdən ilk sərbəst yürüşdən etibarən tam hazır olmaq çox vacibdir”.




Şərh əlavə et