Tədbir 13 iyul-da baş tutacaq və 12:00-da başlayacaq. Tədbirdə siz drift maşınlarının ifasında drift şou və time attack performanslarını görə bilərsiniz.
Drive Show Baku Avtomobil Həvəskarlarının sevimli tədbiridir, çünki burada hər kəs şəxsi avtomobili ilə gəlib sürə bilər. Yarışmağı sevən sürücülər öz maşınları ilə gəlib time attack sürüşləri edə bilirlər. Yəni ki, bu cür tədbirlər ölkədə avtoidman ənənəsinin inkişafına müsbət təsir göstərir.
Tədbirin əsas məqsədi avtoxuliqanlığın qarşısını almaqdır. Bərk sürmək istəyən sürücülər Drive Show Baku tədbirinə gələrək, məharətlərini göstərə və sözün əsl mənasında qurdlarını öldürə bilərlər.
Bu il dördüncü dəfə təşkil ediləcək tədbirdə drift şou ilə yanaşı siz xüsusi tuninq olunmuş avtomobilləri də görə bilərsiniz.
Keçən il keçirilən Drive Show Time Attack yarışında birinci yeri Rəhman Şıxəliyev tutmuşdu.



Şərh əlavə et