Britaniya F2 – Krouforddan mövsümdə üçüncü qələbə!

Britaniya F2 – Krouforddan mövsümdə üçüncü qələbə!
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Bazar günü Silverstounda havanın əlverişsiz keçməsi səhər saatlarında Formula 3 yarışının 12-ci dövrədən sonra qırmızı bayraqla dayandırılmasına səbəb olub. Güclü yağış pilotlara və komandalara çətin anlar yaşadıb, tamaşaçılar isə bu vəziyyətə hazırlıqlı olublar – çətirlər, plaşlar və uyğun ayaqqabılar işə yarayıb.

Yağışdan sonra hamını düşündürən əsas şey Formula 2 yarışının taleyi olub, çünki o, F3 yarışından dərhal sonra keçirilməli idi. Xoşbəxtlikdən hava şəraiti bir qədər yaxşılaşıb. Start bir neçə dəqiqə təxirə salınıb, lakin nəticədə 29 dövrəlik əsas yarış start götürüb. Pilotlar trasın hələ də yaş olmasına görə yağış təkərləri ilə start alıblar, lakin asfaltın getdikcə quruması quru hava təkərlərinə keçidin gündəmə gələcəyini göstərib.

Startda pouldan start alan təcrübəli Viktor Marten yerini qoruya bilməyib, əvəzində 3-cü yerdən başlayan Cek Krouford yarışda liderliyə yüksəlib. O, Danı və Marteni geridə qoyub. Montoya Dürksen, Brauning və Lindblad kimi sürücülər də ilk dövrələrdə yerlərini dəyişiblər. Gərgin mübarizə isə əsasən orta qrupda gedib.

Liderlərdən biri olan Riçard Fersxor radiodan təkərlərinin çox yeyildiyini deyib və geriləməyə başlayıb. Brauning isə ardıcıl hücumlarla həm Fersxor, həm də Dürkseni geridə qoyub, daha sonra Marteni təqib etməyə başlayıb. 18-ci dövrədə Luffield döngəsində o, fransızı ötüb və podiuma yüksəlib.

Brauningin tempi kifayət qədər yaxşı olub, lakin 2-ci yerdə gedən Dan ilə fərq 5 saniyəni keçmişdi. Bu hal irəliləyişi çətinləşdirib. O vaxta qədər artıq yağışın yenidən başlaması ehtimalı artıb cə komandalar strategiyalarını bu ssenariyə uyğun qurmaga çalışıblar.

Gedişatda Gabriele Mini quru hava təkərlərinə keçib, lakin bu riskin cəzası ağır olub – italyan sürücü trasdan çıxıb və və yer itiriv. 23-cü dövrədə Brauning pitə girərək yeni yağış təkərləri götürüb. Ardınca Krouford da eyni strategiyanı seçib. Bu zaman sarı bayraqlar çıxıb və virtual təhlükəsizlik maşını rejimi aktivləşdirilib, çünki Stanekin maşını trasda dayanıb.

25-ci dövrədə real təhlükəsizlik maşını trasda olub və əksər liderlər pitə üz tutublar. Hər şey Kroufordun lehinə işləyib – o, yenidən liderliyə qayıdıb, Dan isə yerini itirdiyinə görə narazılıq bildirib. Brauning isə 3-cü yeri tutub.

Yağışın yenidən başlaması, üstəlik Dürksenin yerində fırlanması ilə yarışın son dövrləri təhlükəsizlik maşınının arxasında keçib. Qələbə Cek Krouforda qismət olub – bununla da o, çempionatda ikinci yerə yüksəlib.

Dan ikinci olub, Brauning isə üçüncü yerdə finiş görüb – bu nəticələr onlara vacib xallar qazandırıb.

Çenpionatın lideri Fersxor isə 7-ci yeri tutaraq liderliyini çətinliklə də olsa qoruyub.

Bunları da oxuyun

Şərh əlavə et