Berman: Axmaq səhv etdim

Berman: Axmaq səhv etdim
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Haas komandasınln sürücüsü Oliver Berman Britaniya Qran Prisinin sıralanma turunda göstərdiyi güclü performansa baxmayaraq, üçüncü sərbəst yürüşlərdə etdiyi səhvə görə aldığı 10 yer itimək cəzası səbəbilə çox məyus olub.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü vətənindəki sıralanma turunda 8-ci ən sürətli zamanı göstərib, lakin o, aldığı cəzaya görə yarışa 18-ci yerdən başlayacaq.

20 yaşlı pilot şənbə günü səhər keçirilən üçüncü sərbəst yürüşlərinin sonunda Qabriel Bortolettonun qəzasından sonra çıxan qırmızı bayraq zamanı pit girişinə yaxınlaşarkən, soyuq təkər və əyləcləri nəzərə almadan sürətlənib və nəticədə maşının idarəetməsini itirərək, bariyerlərə çırpılıb. Bu təhlükəli hərəkət FIA tərəfindən qayda pozuntusu kimi qiymətləndirilib.

İnsidentdən sonra Sky Sports-a müsahibə verən Berman səhvin məsuliyyətini tam şəkildə öz üzərinə götürərək deyib: “Həqiqətən çox axmaq, çox səfeh səhv idi. Əyləclər və təkərlər tamamilə soyumuşdu, bunu nəzərə almadım. Əyləcə basanda maşının idarəetməsini itirdim. Özümə çox qəzəbliyəm”.

FIA gənc pilota bu hadisə ilə əlaqədar 4 cəza xalı verib və bununla Bermanın mövsümdəki ümumi cəza xalı 8-ə çatıb. O, daha əvvəl Monakoda da qırmızı bayraq qaydalarını pozduğu üçün startda yer itirmək cəzası almışdı.

Oliver Berman buna baxmayaraq komandasının artan performansına diqqət çəkib: “Bu gün heç olmasa bir şeyi sübut edə bildik: yeniliklər işə yarayır və sıralanma tempimiz güclüdür. Normalda yarış tempimiz daha yaxşı olur, amma şənbə günü son sessiyaya qala bildik. Bu da yarış üçün ümidvericidir”.

Bunları da oxuyun

Şərh əlavə et