Kokpit.az xatırladır ki, yaponiyalı sürücü komanda yoldaşı Maks Ferstappenin poul aldığı sıralanma turunda 12-ci yeri tutub.
Yuki Tsunofa sessiyadan sonra verdiyi açıqlamada bildirib ki, maşında yaşadığı güc itkisi səbəbilə son sessiya şansını əldən verib: “Düzünü desəm, güc itkisi yaşadım.
Dövrəyə başladım, amma son döngədən çıxarkən adətən aldığım gücü ala bilmədim. Dövrə boyunca xüsusən 3-cü döngədən əsas düzlüyə qədər təxminən 0.1 saniyə itirdim. Həmçinin son cəhdimdə bəzi sazlamalar da işləmədi.
Bunları nəzərə alsaq, dövrəm kifayət qədər yaxşı idi. Aradakı fərqin nə qədər az olduğunu düşünsək… Yəqin ki, son sessiyaya keçə bilərdim. Ona görə bu, həqiqətən əsəbvericidir. Son sessiya mümkün idi.
Bolidin inkişafından həqiqətən razıyam. İndiyədək ən problemsiz yarış həftəsonumuz olduğunu deyə bilərəm. Amma hər dəfə, son addımda nəsə baş verir. Həmişə olmur, amma bu dəfə son addımda oldu və o dövrə çox vacib idi. Bu, çox məyusedici oldu. Dediyim kimi, bu problem olmasaydı, son sessiyaya qalacaqdım. Ona görə də bu, əsəbvericidir”.
Avstriyada 18-ci yerdən başladığı yarışı sonuncu – 16-cı yerdə – tamamlayan Tsunoda Silverstoundakı performansını inkişaf kimi dəyərləndirir: “Heç olmasa bu dəfə 18-ci yerdən başlamıram… Xallara daha yaxınam.
Yarışı səbirsizliklə gözləyirəm. Düzü, sonuncu dəfə nə vaxt xal qazandığımı xatırlamıram. Xal qazanmalıyam və komandamı sevindirməliyəm.
Yəqin ki, yenə çətin bir yarış olacaq, amma heç olmasa bir az təkmilləşmişik və edə biləcəyim şeylər olduğunu bilirəm.
Ama məncə, hələ tam mənzərəni görmədiniz. Maşının verə biləcəyi daha çox şey var. Növbəti yarışlarda bunu görəcəyik”.
Şərh əlavə et