Ş.Lekler məsuliyyəti üzərinə götürüb

Ş.Lekler məsuliyyəti üzərinə götürüb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Şarl Lekler Britaniya Qran Prisinin sıralanma mərhələsində altıncı yerlə kifayətlənməli olub. Ferrari pilotu məyusluğunu gizlətməyərək “Yalnız özümü günahlandıra bilərəm” deyib və sıralanma performansındakı geriləmənin məsuliyyətini üzərinə götürüb.

Kokpit.az xatırladır ki, sərbəst yürüşlərdəki performansından sonra əksəriyyət Ferrari komandasınsan poul gözləyirdi. Lakin həlledici məqamda işlər “qırmızılar” üçün yaxşı getməyib. Yekunda Lyuis Həmilton yarışa beşinci, Şarl Lekler isə altıncı yerdən başlayacaq.

Ferrari komandasının sürücüsü Şarl Lekler sessiyadan sonra belə deyib: “Kifayət qədər yaxşı deyildim. Təəssüf ki, sıralanma turlarından sonra tez-tez ‘ola bilərdi, olmalı idi’ deyərək özümü izah etməyə çalışıram. Amma günün sonunda, əgər trasda lazım olanı etməsəm, döngələri düzgün şəkildə birləşdirə bilməsəm, birinci sırada olmaq əvəzinə altıncı oluram. Günahlandıra biləcəyim yeganə adam özüməm”.

Keçmişdə sıralanma turlarının onun ən güclü tərəfi olduğunu xatırladan Lekler, son vaxtlar bu sahədə geri qaldığını etiraf edib: “Sıralanma turu əvvəllər ən güclü tərəfim idi, indi isə bu sahədə nəsə çatışmır. Yarışlarda bir qədər özümü göstərməyə başlasam da, sıralanma hələ də zəif nöqtəmdir”.

Ferrari-nin yaşadığı bəzi texniki çətinliklərə baxmayaraq bunun bəhanə olmadığını deyən monakolu pilot yarışda təmiz hava tapmağın da çətin olacağına diqqət çəkib: “Hələ də aradan qaldırmalı olduğumuz bəzi problemlər var və biz onlarla mübarizə aparırıq, amma bu bəhanə deyil. Altıncı yerdən start alarkən təmiz hava tapmaq kifayət qədər çətin olacaq. Yenə də əlimdən gələnin ən yaxşısını edəcəyəm”.

Bunları da oxuyun

Şərh əlavə et